Vaşinqtonun Şimali Atlantika Alyansı üzrə tərəfdaşlarına İrana qarşı hərbi əməliyyata qoşulmaq barədə çağırışı Amerika rəhbərliyi tərəfindən NATO-nun sınağa çəkilməsindən başqa bir şey deyildi.
"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "ABC" telekanalına müsahibəsində bildirib.
"Mən bunu bir sınaq kimi etdim. Buna ehtiyacım yoxdur, elə deyilmi? Onlar [NATO] - kağız pələngdir, onların gəmiləri yoxdur, ümumiyyətlə, heç nələri yoxdur", - telekanalın müxbiri Reyçel Skott "X" sosial şəbəkəsində Amerika Prezidentindən sitat gətirib.
Daha əvvəl Tramp bildirmişdi ki, ölkənin NATO-dan çıxması imkanını ciddi şəkildə nəzərdən keçirir. Amerika lideri öz qərarını alyansın İsrail və ABŞ-nin İrana qarşı kampaniyasına qoşulmaması ilə izah edib.

Şərhlər
Artıq, TragiKomediyaya çevrilmiş *Beynəlxalq Sülh Təşəbbüsü* Ağ Evdən Kremlə *Yaşıl Dəmirli Ukrayna, NATO ilə də Sizin, *Yağlı İranla, Venesuel* də bizim?!* bölgüsündədirmi?
Bir daha xatırladaq, NATO (Şimali Atlantika Müqaviləsi Təşkilatı) 1949-cu ildə yaradılmış, üzv dövlətlərin azadlığını və təhlükəsizliyini siyasi və hərbi vasitələrlə qoruyan müdafiə ittifaqıdır. Əsas məqsədi üzvlərinə qarşı hərbi təhdidlərin qarşısını almaq, kollektiv müdafiəni (5-ci maddə) təmin etmək, demokratiya və sabitliyi Avro-Atlantik məkanda müdafiə etməkdir. Bəs əcaba, Tramp NATO -nu hansı əsasla hədələyə bilər və yaxud sınaqdan keçirə bilər. Hansı ki, onun ölkəsinə təhdid yox hücum yox ki, NATO-ya üzv dövlətlər onun müdafiəsinə qalxsın. İrana hücum edən də Amerika, kilide düşəndə Amerika.. Bir də görünən o ki, Tramp İranın 85 milyonluq xalqının rejimə kilidlənib bir nəfər kimi ölməyə hazır olduqlarını hesablamamışdır. O sanırdı ki, kiçik bir müdaxilə ilə xalq rejimi devirəcək.