Menu

“Evin tək oğlu idi” - Selin apardığı Faik toya hazırlaşırmış + VİDEO

06.04.2026, 10:03
“Evin tək oğlu idi” - Selin apardığı Faik toya hazırlaşırmış  + VİDEO

“Birinci dəfə sürüşdü, güclə tutub çıxardıq. İkinci dəfə sürüşəndə çatdıra bilmədik…”

Bunu Baku TV-yə Qusar rayonunun Gündüzqala kənd sakini Ramazan Xəncərov ötən gün 29 yaşlı Faik Rəsulovun seldə həlak olmasının təfərrüatlarını danışarkən bildirib.

O, qeyd edib ki, hadisə sakinlərin Quru çaya gələn seli seyr etməsi zamanı baş verib: “İki gündür çaya sel gəlir. Hamımız qıraqda dayanmışdıq, selə baxırdıq. Faik bir az qıraqda dayanmışdı, torpaq suyun içinə düşdü. O da onunla bir yerdə düşdü.

O qədər qaçdıq, ayaqyalın, bütün kənd qaçdı, amma çatdıra bilmədik. Su çox sürətli idi. Evin tək oğlu idi, subay idi. Toya hazırlaşırdı".

Daha ətraflı videomaterialda:


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol