Menu

Siyəzəndə sel körpünü uçurdu - VİDEO

06.04.2026, 11:08
Siyəzəndə sel  körpünü uçurdu - VİDEO

Siyəzən rayonunda güclü sel fəsadlara səbəb olub və yol infrastrukturu ciddi zərər dəyib.

"AzPolitika" xəbər verir ki, Siyəzən rayonunda körpünün uçması nəticəsində bir neçə yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib.

 Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətindən bildirilib ki, bu gün səhər saatlarında yağan aramsız yağışlar nəticəsində yaranan sel Siyəzən–Məşrif avtomobil yolunun 11-ci km-də Gilgilçay üzərində yerləşən körpünün bir hissəsini uçurub.

“Əraziyə dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb.

Sürücülərdən alternativ olaraq Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun 115-ci km-dən ayrılan Alxanlı yolundan istifadə etmələri xahiş olunur”, - deyə qeyd olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol