Menu

Azərbaycanlı nazir Londonda yeni ev aldı - 10 milyon manata...

06.04.2026, 11:35
Azərbaycanlı nazir Londonda yeni ev aldı - 10 milyon manata...

Azərbaycanlı nazir Böyük Britaniyanın paytaxtı Londonda 4 milyon 600 min funt sterlinqə (10 milyon 342 min manat) mənzil alıb.

"AzPolitika"  xəbər verir ki, bunu hazırda xaricdə yaşayan jurnalist Cavanşir Həsənli bildirib.

O, sosial şəbəkə hesabında yazıb:“Deməli, Londonda köhnə binada bir mənzili 17 yanvar 2002-ci ildə 800,000 funta, 19 İyun 2002 -ci ildə 1,090,000 funta, (əvvəlki satışdan təxminən 36% baha), 29 İyul 2002 – 125,000 funta (bu dəfə 89% aşağı qiymətə) və nəhayət 19 aprel 2018-ci il tarixdə son satış qiymətindən 3580% bahasına, yəni 4,600,000 funta azərbaycanlı nazirə satıblar. Az qala 37 dəfə baha! Bunu necə bacarıblar?”.

Qeyd edək ki, C.Həsənli Londonda ev alan nazirin adını açıqlamayıb.

"AzPolitika.info"


Şərhlər

Müəllim 2026-04-06 19:55:34

Bu nazir 10miyonu necə əldə edib və Londonda ev almağa onu nə məcbur edib?Niyə Hakimiyyət bu məsələlərlə maraqlanıb qarşısını nıyə almır.Məgər bu pula Azərbaycanda mülk almaq.şirkət yaratmaq olmazdı ? Yoxsa bu nazir və bunun kimilər öz gələcəklərini Azərbaycanda görmürlər? Bu ciddi və əslində strayeji məsələ niyə nəzarətə götürülmür?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol