Son günlər yağan intensiv yağışlar nəticəsində Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə yaranmış torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar aprelin 6-da fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ərazidə olub.
“AzPolitika” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, nazir ərazidə yaranmış vəziyyətlə yerində tanış olub, Nazirlər Kabinetinin Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri Feyruz Mustafayev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Vüsal Nəsirli və digər müvafiq qurumların rəsmiləri və mütəxəssislərlə birgə fikir mübadiləsi aparılıb, atılacaq addımlar müzakirə olunub və aidiyyəti üzrə tapşırıqlar verilib.

Şərhlər
Ölkədə işləyən, həqiqətən də fəaliyyəti göz qabağında olan bircə Fövqəladə hallar nazirliyidir. Yerdə qalan bütün nazirlər və naziriklər hamısı iflicdir. Bircə günün içində bu nazirliklərin hamısı ləğv edilsə ölkənin ictimai həyatnda heç nə dəyişəsi deyil. Çünki onlarn varqlıarı yoxluqlarından daha betərdir. Məsələn, Təhsil nazirliyi ləğv edilsə nə olasırır ki? Ya Kənd təsərrüfatı nazirliyi ləğv edilsə? Nə olasıdır? Əksinə büdcə yüngülləyər.