Menu

Putin Obamanı təbrik edib

31.12.2014, 14:45
Putin Obamanı təbrik edib

Rusiya prezidenti Vladimir Putin aradakı gərginliyə baxmayaraq ABŞ prezidenti Barak Obamanı Yeni il münasibətilə təbrik edib. Musavat.com-un məlumatına görə, bu barədə Kremlin saytında yerləşdirilən xəbərdə deyilir.

Təbrikdə Putin Amerika liderinə beynəlxalq sülhün və təhlükəsizliyini qorunmasında Rusiya və ABŞ-ın məsuliyyətini xatırladıb. “Prezident bu tarixi dönəmdə qlobal təhdid və hədələrə qarşı çıxış eləməkdə iki ölkənin xüsusi rolu olduğunu qeyd edib. Vurğulayıb ki, Rusiya-Amerika tərəfdaşlığı bərabərlik və qarşılıqlı hörmət əsasında uğurla inkişaf edə bilərdi”, - təbrik teleqramında deyilir.

Rusiya prezidenti Almaniya kansleri Angela Merkeli, Çin lideri Si Tsinpini və Yaponiya baş naziri Sindzo Abeni də təbrik edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol