“Ermənistanın ərazi bütövlüyü İran üçün həyati əhəmiyyət kəsb edir” 

“Hər bir ölkə ərazilər və milli kimliklə bağlı tarixi reallıqları tanımalıdır və biz Ermənistana qarşı hər hansı bir iddiaya qarşıyıq. Ermənistanın ərazi bütövlüyü İran üçün həyati və kritik əhəmiyyət kəsb edir”.

“AzPolitika” xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Xəlil Şirqolami bu gün İrəvan Dövlət Universitetində keçirilən tədbirdə deyib.

O əlavə edib ki, Cənubi Qafqazda sülh və sabitlik guya İranın ən vacib maraqları arasındadır: "Biz regionda inteqrasiya proseslərini dəstəkləyirik. Biz inanırıq ki, regional olmayan dövlətlər regionda töhfə verə və qanuni maraqlara malik ola bilsələr də, regional ölkələrin özləri inteqrasiya, inkişaf və sülhün hərəkətverici qüvvəsi olmalıdırlar".

Şirqolami İranın bu məsələdə mühüm rol oynamağa hazır olduğunu bildirərək, Tehranın Ermənistan hökuməti ilə “yaxşı dialoq qurduğunu” xüsusi qeyd edib.

“AzPolitika.info”