Türkiyənin Rizə rayonunda valilik bələdiyyə binası və mərkəzi küçələrə “Müsəlman Yeni ili qeyd etməz” şüarı ilə şəkillər asan şəxs cəzalandırılıb.
Musavat.com-un məlumatına görə, afişada saqqalı kişi Şaxta Babanı yumruqla vurur. Şəkilin altında isə bu sözlər yer alıb: “Müsəlman Yeni ili qeyd etməz”.
Afişanı görənlər polisə şikayət edib. Polis afişanı asan Məhəmməd Kurt adlı şəxsi saxlayıb. Kurt 189 türk lirəsi cərimə olunduqdan sonra sərbəst buraxılıb.
Məlum olub ki, afişanı asan şəxs 23 fevral gənclik hərəkatının üzvüdür.



Şərhlər