Menu

Nazarbayevin keçmiş kürəkəninə qətl ittihamı-FOTOLAR

01.01.2015, 13:57
Nazarbayevin keçmiş kürəkəninə qətl ittihamı-FOTOLAR

Nursultan Nazarbayevin keçmiş kürəkəni Avstriyada qətldə ittiham olunur. BBC xəbər verir ki, Rahat Əliyev öz ölkəsində qətlə yetirilmiş 2 bank menecerinin ölümündə günahlandırılır. İşin Əliyevin vətənində aparılması barədə Qazaxıstan hakimiyyətinin Avstriyaya müraciətləri rədd edilib. Qazaxıstanın Avstriyadakı keçmiş səfiri Əliyev sözügedən ittihamların siyasi xarakter daşıdığını hesab edərək inkar edib.

Lakin 2014-cü ilin iyun ayında o, Avstriya hüquq-mühafizə orqanlarına təslim olub.

Qeyd edək ki, Əliyevin günahı sübut olunduqda o, 10 il azadlıqdan məhrum olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol