Menu

Ermənistan Araz çayının suyunu kəsir

01.01.2015, 22:31
Ermənistan Araz çayının suyunu kəsir

Ermənistan 2015-ci ildə Vedibasarda, Araz çayı üzərində yeni su anbarının tikintisi layihəsini başa çatdırmağa hazırlaşır. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu haqda Ermənistanın su təsərrüfatı üzrə Dövlət Komitəsinin aparat rəisi Mqer Mkrtumyan bildirib. O, deyib ki, Ararat vadisində inşa edilən su anbarı Araz çayının suyunun Azərbaycana axmasını xeyli ölçüədə azaldacaq. “Gələn il layihə hazır olandan sonra biz tikinti üçün kredit danışıqlarına başlayacağıq, layihənin bir hissəsi qrant hesabına maliyyələşdiriləcək”-Mkrtumyan deyib.

Ermənistanın 2015-ci il üçün dövlət büdcəsində Vedibasar su anbarının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması üçün xərclər nəzərdə tutulub. Bu layihəni həyata keçirmək üçün Fransanın İnkişaf Agentliyindən kredit almaq planlaşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol