ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını açdığı üçün İrana təşəkkür edib.
"AzPolitika" xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında yazıb.
ABŞ Prezidenti Hörmüz boğazını “İran boğazı” kimi qeyd edib.
“İran elə indicə İran boğazının tam açıldığını və tam keçid üçün hazır olduğunu elan edib. Çox sağ olun”, - Tramp vurğulayıb.
"Hörmüz boğazı tamamilə açıqdır və işləməyə, eləcə də tammiqyaslı gəmiçiliyə hazırdır. Lakin hərbi dəniz blokadası tam şəkildə qorunacaq və müstəsna olaraq İrana qarşı tətbiq ediləcək - İranla razılaşmamız 100% tamamlanana qədər", - o yazıb.
Tramp əlavə edib ki, iki ölkə arasındakı razılaşmanın əksər bəndləri artıq razılaşdırıldığı üçün bu proses çox sürətlə keçməlidir.
Qeyd edək ki, xarici işlər naziri Abbas Əraqçi İranın Hörmüz boğazını açdığını bildirib.
O qeyd edib ki, Livandakı atəşkəsə uyğun olaraq, bütün ticarət gəmilərinin Hörmüz boğazından keçidi atəşkəs müddəti ərzində tam açıq elan olunur.
Maraqlıdır ki, Tramp paylaşımında Hörmüz boğazını "İran boğazı" kimi təqdim edib.
"AzPolitika.info"

Şərhlər
Azərbaycanın Molla Nəsrəddini eşəyini mindi düşəndə eşşəyin üzündən öpdü. Dedilər molla bu nə demək, dedi "mən öz adamlığımı yerinə yetirdim". İndi Sizcə Amerika İran müharibəsinin gedişatında bu nə demək. Zatən hələ müharibə bitməyib. Çünki, Amerika əsil hədəfinə, hələ İranda ulaşmayıb. Ulaşmaması da mümkün deyil. Çünki, onda dünyada nüfuzu yerlə bir olur. Ona görə də dünya, xüsusən də regoon dövlətləri arxayınlaşmamalıd ki, müharibə bitib. Əslində bu fırtına öncəsi bir sakitlikdir. Bütün hallarda Allah qorusun. .