Menu

"Türk Dövlətləri Təşkilatını gücləndiririk" - Türkiyə Prezidenti

17.04.2026, 18:11
"Türk Dövlətləri Təşkilatını gücləndiririk" - Türkiyə Prezidenti

Avrasiyada sülh və sabitliyin təminatçısı kimi gördüyümüz Türk Dövlətləri Təşkilatını hər keçən gün daha da gücləndiririk.

APA-nın Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan V Antalya Diplomatiya Forumunun açılışında bildirib.

“Bu il ölkəmizdə Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Toplantısına ev sahibliyi edəcəyik və Azərbaycandan sədrliyi təhvil alacağıq. Sədrliyimiz dövründə təşkilatımızın beynəlxalq təsir gücünü daha da artıracağıq”, –Türkiyə Prezidenti qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol