ABŞ hökuməti Livan və İsrail arasında atəşkəsin uzadılması üçün səy göstərir.

"Report" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Al-Sharq Al-Awsat" qəzetinə Livan parlamentinin sədri Nabih Berri bildirib.

Onun sözlərinə görə, ABŞ tərəfi daha əvvəl məhdud müddətə tətbiq edilmiş mövcud atəşkəsin uzadılması üzərində işləyir. Bununla yanaşı, müddətin mümkün uzadılması şərtləri və tərəflərin bu məsələ ilə bağlı mövqeləri rəsmi olaraq açıqlanmır.