“Ötən müddət ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ən böyük islahatlara və dəyişikliklərə məruz qalan sistemlərdən biri də əlilliyin müəyyən olunması mexanizmi olub”.
“AzPolitika” xəbər verir ki, bunu APA -ya və ARB24 televiziya kanalına müsahibəsində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib.
“Burada tam şəkildə şəffaflığa və sosial ədalətə, sui-istifadə olmadan prosesin həyata keçməsinə nail ola bilmişik. Bu gün hər şey elektronlaşdırılıb. Vətəndaşlar əlillik təyinatı ilə bağlı şikayət etdikdə bunun araşdırılması üçün xüsusi mexanizmlər var. Belə olduqda biz onları əyani müayinəyə dəvət edirik və bu çərçivədə qəbul edilmiş qərarları bir daha yoxlayırıq. Ötən il ərzində 55 min əlillik təyinatı həyata keçirmişik. Əlilliyi olan 140 min şəxsin reabilitasiyası üçün addımlar atmışıq. Əlilliyin müəyyən edilməsinin elektronlaşdırılması bizim əsas hədəflərimizdəndir. Bu istiqamətdə əlillik alt sisteminin təkmilləşdirilməsini, dövlət qurumlarının məlumat bazalarının interqasiyasını təmin etmişik. İslahatların ikinci mərhələsi əlillik meyarları ilə bağlı oldu. Bu meyarların tam şəkildə yenidən işlənməsini təmin etdik. Bu çərçivədə əlillik təyinatını yaradan xəstəliklərin sayını 5 dəfəyədək artıraraq 128 köhnə meyardan 617 meyara çatdırdıq. Eyni zamanda, müddətsiz əlilliyə əsas verən meyarların sayını 51-dən 286-ya çatdırdıq. Bu islahatlar çərçivəsində əlilliyin müəyyən olunması sisteminin sabitləşməsinə və bu sistemdə sosial ədalətin təmin olunmasına nail olduq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyin təyini ilə bağlı imtina alan şəxslərin hər biri ilə fərdi iş aparmağa, şikayətlərini araşdırmağa hazırdır”, – nazir vurğulayıb.
“AzPolitika.info”

Şərhlər
İlahi nə qədər problem var. Şərhləri oxuyuram dəhşətdir......
Bu adamdan Azərbaycan təqaüdçüsünə heç bir kömək gözləməyin...
Cənab nazir mən 18.4.2025ci il acıq ürək əməliyyatı keçirmişəm aortal qapağın protezləşdirilməsi qalxan aortanın anavrezması və təbəqələrə ayrılması səbəbindən protezləşmə və şuntlama əməliyyatı aparılıb ömürlük dərmanlar qebul edirəm iş qüvvəm yoxdur ayag ustə çox dayana bilmirəm ayaqlarım şişir dermanlarımı ala bilmirəm dörd körpə uşaqlarım var vəziyətimiz yaxşı deyil agentlik mənə əlillik vermir bu ədalətsiz qərarla razı deyiləm xaiş edirəm mənim işimə yenidən baxılmasını tələb edirəm
Mənə maşın şinlərin berpasi iserdim
Cənab nazir.mən 2001 ildən göz sinirinin atrafiyasından 2020 ilə qədər pensiya alırdım.daimi pensiya alacaqım zaman pensiyamı kəsdilər. Tibbi ekspertdən keçdim.Çox çarəsizəm.Mənə pensiya verilməsini xahiş edirəm.
Mumkünsə mənim işimə baxılsın.
Hansı seffavliqdan danışırsınız? 2ildir 2qrup əlil olan "dağınıq skleroz"xestesi oqlum üçün 1ci qrup əlilliyin ala bilmirəm.Butun həkimlərdən keçib müsbət rəy almisamTSEKde respublika xəstəxanasında verilən reyestr kodu aktivləşdirmək olmur.Niye? Nə səbəbə?2 ildir təkrar təkrar həkim müayinəsindən keçirik.Xeste gəzə bilmir mənim də 75yasim.var.TEBIBe Sehiyye nazirliyinə TSEKe 2defe məktub yazmışam. Bir birilərinə ötürürlər məktubu.
Salam. Mən ikinci qrup əliləm. Ə illiyimi ürəkdən. Bu bizim bütün nəslimiz də var. Mən dəfələrlə xəstəxanada yatmışam. İşə gələ bilmirəm. Deyirlər ürəyin faizi 51-dir.hal hazırda sənə düşmür. Mənim 60000 din çox kapital yığmışam. Heç olmasa əlilliyimi verin mən işdın azad ölüm. Dərmanlarımı aıa bilmirəm Anar m. Xahiş edirəm əlilliyimi və əvvəlki illəri bərpa edin
Mən insult kecirtmisəm 2 qrup əlillik verilib 2 ildən bir həkimnən komissiyadan kecirəmamma özümdə heç bir dəyişiklik görmürəm. Olmaz ki bunu 5 ildən bir eləsinlər.Cunki bu xəstəlik uzun sürən xəstəlikdi.
Salam. Men ll qrup elilem. Ankoloji xeste. Mene 2 illik pensiya kesibler. Ne derecede düzgündür. Avqust ayına qeder. Bunu daimi etmek mumkundurmu. Sag olun
Salam cənab nazir vurglayrki 594 620 manat eləmişik emek pensiyasln biz bir birimizi millət olaraq niye aldadrlqgoycay rayonunda 430manat pensidan artıq retqi adam pensiya allr bular kimi aldadlr
bunun sifətinə kimliyi yazılıb. O elrktron aparatın knopkalarını da basanlar millət düşmənləri olacaq də