Xəbər verildiyi kimi, dünən İrəvandakı Respublika meydanında qondarma “erməni soyqırımı”nın ildönümü münasibətilə keçirilən aksiyada Türkiyə bayrağı yandırılıb. Aksiyaya əsasən qatı millətçi, revanşist və rusiyapərəst qüvvələr qoşulub. Həmişəki kimi, aksiyada qondarma “soyqırım”la bağlı və türklərə qarşı nifrət şüarları səsləndirilib.
Lakin bu aksiya əvvəlki illərdən bir cəhətilə fərqlənib. Belə ki, daha əvvəl bütün bu cür aksiyalarda vəhşilik və eyni zamanda, acizlik əlaməti olaraq Türkiyə ilə birgə Azərbaycan bayrağı da yandırılırdı. Bu dəfə isə yalnız Türkiyə bayrağını yandırıblr. Niyə? Erməni daşnakların və digər qatı millətçi ünsürlərin Azərbaycana münasibəti dəyişibmi?
Bu suala elə ermənilərin öz mediası, “telegram” kanalları düzgün cavab tapıblar. Məlum olub ki, bu təxribatçı aksiyada Azərbaycan bayrağının yandırılmaması Ermənistanda qarşıdan gələn parlament seçkilərilə bağlıdır və aksiyanın təşkilatçıları olan Koçaryan-Sarqsyan qruplaşması başda olmaqla revanşist qüvvələr erməni cəmiyyətinin Azərbaycana qarşı aqressiv ritorikanı artıq qəbul etmədiyini, bunun yeni müharibəyə gətirə biləcəyindən qorxduğunu anlamağa başlayıb.
Bununla bağlı Ermənistanda və ondan kənarda məşhur olan, eləcə də Nikol Paşinyan hökumətinə yaxınlığı ilə seçilən “Bagramyan26” kanalı maraqlı paylaşım edib.
“Nədən həmişəki kimi Türkiyə ilə birgə Azərbaycan bayrağı da yandırılmadı” sualını verən kanal cavab olaraq yazır: "Cavab çox sadədir: seçkiqabağı dövrdə Azərbaycan bayrağını yandırmaq sülh prosesinə qarşı daha bir demarş olardı və ictimai dəstəyə mənfi təsir göstərərdi. Yəni, əvvəlki illərdə seçki məsələsi, daşnakların mandatı məsələsi olmadığı zaman Azərbaycan bayrağını yandırmaq normal idi. Lakin bu il daşnak mandatı məsələsi həll olunarkən onlar öz elan etdikləri prinsiplərdən və ənənələrdən yayınaraq Azərbaycan bayrağını yandırmadılar. Daşnakların mahiyyəti budur - Koçaryana bir neçə mandat təmin etmək üçün hər şey edirlər.
Gələn il, əlbəttə ki, yenidən Azərbaycan bayrağının yandırılması səhnəsini görəcəyik".
Göründüyü kimi, Ermənistanın özündə də Koçaryan kimi hərbi canilərin, daşnakların və Rusiyanın imperiya maraqlatına xidmət edən qulbeçələrin iyrənc mahiyyətini yaxşı başa düşürlər. Onların öz siyasi və maddi maraqları üçün hər cür ləyaqətsizliyə getməyə hazır olduqlarını görürlər.
Xatırladaq ki, Baş nazir Nikol Paşinyan Türkiyə bayrağının yandırılmasına etiraz edən bəyanatla çıxış edib və bunu təxribat adlandırıb. Lakin belə təxribatların qarşısını almaq da birbaşa elə onun hökumətinin borcudur…
Cəlal Məmmədli
“AzPolitika.info”

Şərhlər
Dövlətin dəyərli *AzPolitika*sı və fəal-demokrat imicli Yazar nədənsə, SSçi evreytor hay-Hitlerin möhtəşəmi nizamlı hərbi paradına bənzər xüsusilə gənclərdən ibarət anti-türk mitinqində Azərbaycan bayrağının yandırılmamasını nədən, sadəcə bu tərəfin beş illik *Sülh ləbbey*nə, antiKonstitusion terrorbaçlarına qarşı illərlə həbs-mühakimə tədbiri seçməməsinə adekvat adi-jest olduğunu qeyd etməyib? Əslində, bu 33 illik cinayətiin üzərindən ciddi mühakiməsiz keçən hər iki dövlətə açıq mesajdır ki, cavab versinlər?