Bakının Nəsimi rayonunda, “28 may” metro stansiyası yaxınlığında yerləşən “28 Mall” ticarət mərkəzində yanğın başlayıb.
APA-nın məlumatına görə, yanğın binanın 4-cü mərtəbəsində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Səbayıl və Nəsimi rayon Dövlət Yanğından Mühafizə hissələrinin 7-8 yanğınsöndürmə briqadası və təcili yardım briqadası cəlb olunub.
Ticarət mərkəzinin yanğın baş verən mərtəbəsində olan şəxslər təxliyə olunub. Baş vermiş yanğının səbəbi hələlik məlum deyil. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.






Şərhlər