Menu

Ərdoğanın otağına dinləmə cihazı qoyanlar məhkəmə qarşısında

02.01.2015, 20:56
Ərdoğanın otağına dinləmə cihazı qoyanlar məhkəmə qarşısında

Türkiyədə baş nazirin otağına dinləmə cihazı qoymaqda şübhəli bilinən 13 nəfərin məhkəməsi keçirilib.

Musavat.com-un məlumatına görə, şübhəlilərin bəraət tələbini rədd edən məhkəmə prezident Rəcəb Tayyib Ədoğanın müdaxilə tələbini qəbul edib. Ankara 7-ci ağır cinayyətlər məhkəməsində keçirilən prosesdə şübhəlilərdən 8-nin və Ərdoğanın vəkilləri iştirak edib. İddianamədə dinləmə cihazlarının qoyulduğu tarix və yerlər qeyd olunub.

Müttəhimlərdən 6-sı haqqında “Baş naziri siyasi cəsusluq məqsədi ilə dinləmək”, “Şəxsi həyatı ictimailəşdirmə”, “İki şəxs arasındakı danışığı yazmaq” maddəsi ilə 21 ildən 36 ilə qədər həbs tələb edilib.

Yeddi müttəhim isə eyni cinayətə kömək etməkdə günahlandırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol