“2012-ci ildə buraxılış imtahanlarının keçirilməsi Dövlət İmtahan Mərkəzinə (DİM) həvalə olundu. Bu qərarla bağlı geniş və gərgin müzakirələr aparıldı. Buraxılış imtahanlarında riyaziyyat və Azərbaycan dili əsas fənlər idi. Üçüncü fənnin hansı olması ilə bağlı müxtəlif təkliflər irəli sürüldü”.
“AzPolitika” “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə səsləndirib.
Məleykə Abbaszadə daha sonra qeyd edib ki, həmin ildə təhsil naziri olan Mikayıl Cabbarovun təkidi ilə xarici dil buraxılış imtahanı fənlərinin siyahısına daxil edilib: “Açığını desəm, üçüncü fənnin xarici dil olmasının əleyhinə idim. Çünki bəzi məktəblərin verdikləri attestatlarda xarici dil fənninin tədris olunmadığı qeyd edilirdi. Hətta elə hallar olurdu ki, müəyyən məktəblərdə bu fənn cəmi bir-iki il tədris edilmiş, müəllim çatışmazlığı səbəbindən sonradan dayandırılmışdı. Bu səbəbdən həmin fənnin buraxılış imtahanı fənləri siyahısına daxil edilməsini məqsədəuyğun hesab etmirdik”.
DİM sədrinin sözlərinə görə, zaman göstərdi ki, xarici dil fənninin buraxılış imtahanı fənləri siyahısına daxil edilməsi doğru qərar olub. Xarici dil bilikləri gənclərin gələcək həyatında yeni imkanlar və perspektivlər açır.
“AzPolitika.info”

Şərhlər
Mıkı harda olubsa oranı xaraba qoyub keçib başqasına. Qalıb Nazirlər kabineti...
Gəncləri imtahanlarla sıxmaq yerinə həvəstəndirici metodologiyalar tətbiq etmək doğru olmazmı ?. Bir çox inkişaf etmiş ölkədə növbəti təhsil pilləsinə imtahansız qəbul aparılır. Tətbiq edilən metodologiyalar sayəsində orta məktəbdə biliyi zəif olan tələbə qəbul olunduğu ali təhsil müəssisəsində yaranan həvəslə sonradan digərlərindən daha çox çalışır və fərqlənir. İnsanların qarşısına bu imtahanlarla baryer çəkmək lazım deyil. Oxumaq istəyirsən? Buyur gəl oxu. Tələbə təhsilinin yekununda bilik və bacarıq qazanacağı halda yaxşı işlərə dəvət alacaq və işləyəcək, əks halda digər istiqamətlər üzrə seçimlər edəcək.
Bizdə bir yaxşı atalar sözü də var "Cücəni payızda sayarlar". Bizdə ETN və DİM-in siyasəti odur ki, yox biz yazda saymalıyıq cücələri, necəki universiteti bitirən zaman qazandıqları biliyin səviyyəsinə görə deyil, universitetə qəbul imtahanında 600 bal toplayanların hərbi akademiyada xidmət keçməsi ilə bağlı təklifi Dövlət başçısına təqdim edib təsdiqlətdiriblər. Nəticədə isə inkişaf əvəzinə yerimizdə sayırıq, bir çox hallarda isə uğursuz nəticələrlə barışmalı oluruq.