ABŞ prezidenti Barak Obama Sony şirkətinin kompüterlərinə haker hücumuna görə Şimali Koreya dövlətinə qarşı sanksiyalar tətbiq edib. Musavat.com-un məlumatına görə, bu barədə “Assoşieyted Press” agentliyi xəbər yayıb.
“Sanksiyalar kiberhücuma Amerikanın ilk cavabıdır” – Ağ Evdən bildirilib. Əlavə sanksiyalar üç şirkətə, habelə 10 Şimali Koreya məmuruna, o sırada Rusiyada, İranda, Suriyada, Çində və Namibiyada işləyən məmurlara qarşı yönəlib.
Xatırladaq ki, ötən ilin sonlarında naməlum hakerlər Şimali Koreya lideri Kim Çen Ina sui-qəsddən bəhs edən “Müsahibə” filminin ekranlara çıxışını əngəlləmək üçün Sony şirkətinə hücum həyata keçirmişdilər. ABŞ hökuməti olaya görə məsuliyyəti KXDR-in üzərinə qoymuşdu.


Şərhlər