Menu

NAZİRLİYƏ APARAT RƏHBƏRİ TƏYİN OLUNDU - Xalıq Rəhmanov kimdir?

29.04.2026, 23:51
NAZİRLİYƏ APARAT RƏHBƏRİ TƏYİN OLUNDU - Xalıq Rəhmanov kimdir?

 Maliyyə Nazirliyinin Aparatının rəhbəri təyin olunub.

O, 1963-cü ildə anadan olub, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

X.Rəhmanov 1981-1992-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin tabeli təşkilatlarında müxtəlif vəzifələrdə, 1992-2000-ci illərdə Dövlət Əmlak Komitəsinin Hüquq idarəsində aparıcı hüquqşünas, baş mütəxəssis və şöbə rəisi, 2000-2025-ci illərdə Maliyyə Nazirliyində Hüquq şöbəsinin rəisi, Hüquq İdarəsinin rəisi və Nazirliyin Aparatının rəhbərinin müavini vəzifələrində çalışıb.

O, 2012-ci ildə ölkə Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.

Şərhlər

Adil Zəkiyev 2026-04-30 19:51:36

Xalıq müəllim, salamaleyküm!
Sizi yeni təyinatınız münasibəti ilə təbrik edirəm və işinizdə daha böyük uğurlar qazanmağınızı arzu edirəm!
Hörmətlə, Adil.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol