Azərbaycanda kredit faizlərinin yüksək olması təkcə biznes mühitinin inkişafına deyil, vətəndaşların rifahına da mənfi təsir göstərir. Bu məsələni ayrı-ayrı mütəxəssislərin, hətta Milli Məclis üzvlərinin dəfələrlə qaldırmasına baxmayaraq, kredit faizləri azalmaq əvəzinə daha da artır.
“AzPolitika” xəbər verir ki, iqtisadçı Natiq Cəfərli kredit faizlərinin artıq faktiki ağır “kredit vergisi”nə çevrildiyini və vətəndaş üçün çəkilməz yük olduğunu paylaşımında qeyd edib:
“Vətəndaş “kredit vergisi” altında əzilir. Bəli, “de-yure” olmasa da, faktiki olaraq kredit faizləri “vergi” növüdür, yükdür.
Bu ilin ilk rübündə kredit kartları vasitəsilə verilən kreditlər üzrə orta faiz dərəcəsi 27%-ə yüksəlib. Müqayisə üçün: 2025-ci ilin eyni dövründə kartla verilən kreditlər üzrə faiz dərəcəsi 25% təşkil edib.
Rüblük olaraq məişət avadanlıqlarının alınması ilə bağlı kreditlər üzrə faiz dərəcəsi 26%, yaşayış sahəsinin təmiri ilə bağlı kreditlər üzrə 18%, avtomobil kreditləri üzrə isə 13% səviyyəsində formalaşıb. Müqaisə üçün: 2025-ci ilin birinci rübündə yaşayış sahəsinin təmiri ilə bağlı kreditlər üzrə 16% və avtomobil kreditləri üzrə isə 12% səviyyəsində idi.
İstehlak kreditlərinin ümumi həcmi 31 mart 2026-cı il tarixinə 9,5 mlrd. manat təşkil edib. Yəni, vətəndaşın tək istehlak kreditlərinə görə 10 mlrd. manata yaxın borc yükü və ölkədə uşaqlı-böyüklü hamını nəzərə alsaq, hər 3 nəfərdən birinin kredit borcu var. Kredit borcu olan vətəndaşların sayı, rəsmi əmək müqaviləsi ilə çalışan insanların sayından, hardasa, 500 min nəfər çoxdur.
Bu rəqəmlər ölkə iqtisadiyyatında iqtisadi alətlərin işləmədiyinin əyani sübutudur: Mərkəzi Bank doğru olaraq uçot faiz dərəcələrini aşağı salır – məntiqlə, kredit faizləri paralel olaraq ucuzlaşmalıdır, amma, ölkədə normal, hesab-kitabla ölçülə bilən, elmi yanaşma ilə izahı olan iqtisadi model olmadığına, iqtisadiyyat hüquqşünaslar tərəfindən “əl ilə” idarə olunduğuna görə kredit faizləri artır. Başqa sözlə, bu iqtisadi model effektiv, sürdürüləbilən deyil...”
“AzPolitika.info”

Şərhlər
*AzPolitika.info* qayğılı İqtisadçı ilə bir qərinəlik geniş təbii sərvətlər hasilatı-ixracıı üzərində qurulmuşşş yeni Özəl üstqurumda vətəndaşların istehlak krediti asılılğının müzakirəsinə çalşıblar. 1987ci ildən ayrılmaz hüquqlarının təhdidinə məruz dövlətimiz həmin konstitusion pozuntu və cinayətlərin elliklə deyil, yüksək xərcli beynəlxalq (mücərrəd) həllinə çalışıb? Eləcə xalqa daimi-cari sosial hesabat mahiyyətini itirmiş olur?
70-ci illərin sonunda regional əhəmiyyətli SSRİ Dövlət bankının filiallarının birində inkassator işləyən şəxsin sözlərinə görə, bankin direktorunun maaşı 160 manat idi, üstəlik bu maaşın 20 manatı ona elmlər namizədi olduğuna görə verilirdi. Əlbəttə, belə yanaşmanın mənfi cəhətləridə var idi: milyonlarla vəsaitin axınına nəzarət edən inzibatçının belə az maaş alması vəzifədən sui-istifadəyə və korrupsiyaya yol açırdı. O dövlətin dağılmasının əsas səbəblərindən biridə elə yüksək vəzifəlilərə az maaşların verilməsi idi. Lakin bu gün banklar, idarələr, özəl müəssisələrdə rəhbər işçilər və “qara fəhlələrin” maaşlarında, gəlirlərindəki fərq “qayçısı” ümumiyyətlə ağlabatan, məqbul edilən deyil - 10-100 dəfələrlə ölçülür bu fərq. Bir sözlə, kapitalizm. Özüdə, vəhşi.Açıq istismar. İzafi dəyər. Mənimsənilmə.
Düzdür bankların rəhbər işçiləri öz maaşlarını artirmasalar faizlər aşağı düşəcək.Mərkəzi bank nə fikirlərdir ....Camaat yaziqdir
Kredit bataqlidir.Bura düşmə.Dusdun ömrün axırına qədər faiz ödəməlisən.Dehsetdir.problemki kreditləri yaradan yüksək bank faizləri dir.Tecili bu banklar barədə tədbirlər görülməzsə əhali bu girdabdan çıxa bilmeyecek
Bank olmayan kredit teskilatlari , insanlasi mehv edib . Buna baxan hec bir qurum yoxdur . Bir sozle bu sahenin yiyesi yoxdu .
Almaniyada illik 1.5 % di illiyhaa
Bunun səbəbini vəzifəli ...soruşun.
Bizim ölkədə vətəndaşla.onun yaşam imkanları, güzəranı ilə maralanan hakimiyyət var ki,hansısa normallaşma baş versin?Saytlara yazı verməklə iş düzəlməz.Belə yazıları oxuyan,anlamaq istəyən və hərəkət etməyə meyilli olan hökumət görünmür.Xalq belə bir acınacaqlı vəziyyətdə sadəcə ölməmək üçün yaşayır.
Adi vətəndaşlardan təkcə qaçqınlar dolana bilir. Yerli əhali çətin vəziyətdədir. Nə isə baş verir amma nə olduğunu anlamaq çətindir, sanki biz düşmənik nə üçün belə münasibət göstərildiyini bilmirəm.
Biabırçılıqdır.Ən başlıca səbəb bankın rəhbər işçilərinin özlərinə təyin etdikləri yüksək maaş və bonuslardir.kim nə deyir desin birinci həqiqət budur.Sonra isə digər səbəblər gəlir .Minumum əmək haqqının 5 ya altı mislindən artıq alanlar sosial ədalət pozuntusuna yol verirlər Əmək haqqları minumum əmək haqqına bağlı olmalıdır onda deputatlar məcbur olub minum əmək haqqı artırmalı olarlar