Menu

Tramp İranın yeni təklifini qəbul etməyib - Netanyahunu isə əfv etməyə çağırıb...

03.05.2026, 23:15
Tramp İranın yeni təklifini qəbul etməyib - Netanyahunu isə əfv etməyə çağırıb...

ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranın yeni sülh təklifindən məmnun deyil.

"Report" xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə İsrailin dövlət televiziyası "Kan"a verdiyi müsahibədə deyib.

Amerika lideri Tehranın təşəbbüsünü artıq nəzərdən keçirdiyini və qəbuledilməz hesab etdiyini bildirib: "İranın yeni təklifini araşdırdım və bu, mənim üçün qəbuledilməzdir".

Onun fikrincə, İrana qarşı kampaniya "çox yaxşı gedir".

Bundan əlavə, ABŞ lideri İsrail Prezidenti İsaak Hersoqu yenidən korrupsiyada ittiham olunaraq hələ də mühakimə olunan Baş nazir Benyamin Netanyahunu əfv etməyə çağırıb.

Tramp Netanyahunu "müharibə dövrünün Baş naziri" adlandırıb və vurğulayıb ki, İsrail hökumətinin başçısı hüquqi proseslərə deyil, müharibə aparmağa diqqət yetirməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol