Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncam ilə bu ilin əvvəlindən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırıldı. 1 milyon 100 min vətəndaşımızı əhatə edən artımlar əvvəlki ildəki orta aylıq əmək haqqındakı artım faizinə uyğunlaşdırıldı.
"AzPolitika" xəbər verir ki, bu haqda deputat Vüqar Bayramov yazıb.
Bəs, bu il işləyən vətəndaşlarımızın pensiyaları nə qədər artırılacaq?
Deputat bununla bağlı bildirib ki, mövcud qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən pensiyaçıların pensiyası sonradan toplanmış kapitala uyğun olaraq 6 ildən sonra yenidən hesablanaraq pensiyaya əlavə olunur.
"6 ildən sonra vətəndaşın fərdi hesabının sığorta hissəsində ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla pensiya kapitalı qeydə alınır. Pensiyada yeni artım üçün işlədiyi dövr üzrə toplanmış pensiya kapitalı 72-yə (144 - 72 (pensiya təyin edilən tarixdən sonra işlədiyi ayların sayı) bölünməklə pensiya məbləği yenidən hesablanır. Bununla yanaşı, işləyən vətəndaşlarımızın pensiyalarında bu il iki dəfə artım mümkündür. Həmin şəxsin aldığı pensiya mövcud qaydlara əsasən 9.3 faizə indeksləşdirilərək artırılır. Daha sonra onun 6 illik iş müddəti tamamlanırsa pensiyasına əlavə olunur.
Məsələn, vətəndaşımıza 1 may 2020-ci il tarixində yaşa görə ümumi əsaslarla əmək pensiyası təyin edilib və şəxs işləməyə davam edib. 2025-ci ilin sonunda həmin vətəndaşımızın pensiya məbləği 800 manat olub. Onun pensiya məbləği 1 may 2026-cı il tarixində pensiya təyin edildikdən sonra 6 il işlədiyi üçün yenidən hesablanır. Şəxsin fərdi hesabının sığorta hissəsində bu müddətdə 25200 manat (ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla) pensiya kapitalı qeydə alınıb. Bu halda şəxsin həmin dövr üzrə toplanmış pensiya kapitalı (25200 manat) 72-yə bölünməklə pensiya məbləği yenidən hesablanır. Bu o deməkdir həmin şəxsin pensiyasına 350 manat əlavə olunur. Amma həmin vətəndaşımız əmək pensiyası aldığına görə onun pensiyası yanvarın 1-dən indeksləşdirilib. Bu ilin may ayında həmin şəxsin yeni pensiya məbləği belə olur: 800 manat + 74.4 manat (800 manat X 9.3 %) + 350 manat = 1224.4 manat.
Göründüyü kimi, əmək fəaliyyəti davam edən pensiyaçılarımız işləməkdə davam edərlərsə və 6 il iş müddəti bu il tamam olarsa o zaman həm indeksasiya artımından, həm də yenidən hesablanma artımından faydalana bilər", - deyə, o, bildirib.

Şərhlər
Bu Vüqar Bayramov ancaq reklam olunur.Ondan heç yaxşı nəsə gözləmə
50 yawla FHN den pensiya cixmiwam kecen il hal hazirda iwleyirem yeni rutbe dawiyanlarada aidiyyati var?
Bu qerar FHN den cixan emekdawlarada aiddi 50 yawla pensiyaya cixmiwam amma iwleyirem indi
Vüqar Bayramov bu hakimiyyətin simvolu və yalan makınasıdır. Milli Məclisdə kasıb xalqı düşünüb qanun qəbul edən deputat yoxdur. Əgər olsaydı minimum əmək haqqı ilə deputatın əmək haqqının arasında 20-25 dəfə, nazirlərin əmək haqq 30-35 dəfə FƏRQ olmazdı.
57 yaşdan güzəştli şərtlərlə çıxan pensiyac 6 il
iwleyibse.onun kapitalı neçəyə bölünür
Ay hörmetli @Azpolitika"pensionerlerdem danışın işleyenin yalandan da olsa çörek oulu var bes işlemeyen yetim pensioner ümidini kime bağlamalıdır Sahil Babayevşn öz yerine qoyduğu "Nazire" mi?????
Bütün sosial şəbəkələr "Şok" məlumat olaraq yayırlar .Yeni heç nə yoxdur.Siz- hörmətli Nazim bəy qeyd edirsiniz ki 70 ə qədər qoymursunuz işləməyə.70 ə qədər işləyib öləndə necə olur bəs .Dərd bir deyil.Bu Vüqar Bayramov il ərzində bu məlumatları şəbəkələrdə tirajlayır.Ancaq hər il yığlan kapitala görə az da olsa artım olsa Allaha xoş getməzdimi.
bu Bayramova istinadla ayda neçə dəfə belə yalan başlıqlarla "şok", "şad" xəbər verdirəcəksiniz , İmkan verin qanunvericiliklə məşğul olsun. dostlar , bütün pensiyaçılar artıq orta pensiya məbləğinin onların pensiyasına fərq etmədiyini çox gözəl anlayır. Aybdır ,Vallah!!!
Pensiya yaşı tamam olduqdan ,65 yaşdan sonra, 5 ildən artıq,70 yaşdan sonra işləməyə icazə vermirsiz axı!!!!!!