Menu

Ukraynalıların cəmi 3%-i Rusiyaya birləşməyin tərəfdarıdır – sorğu

03.01.2015, 15:23
Ukraynalıların cəmi 3%-i Rusiyaya birləşməyin tərəfdarıdır – sorğu

Ukrayna vətəndaşlarının mütləq əksəriyyəti (88,3%) öz vilayətlərinin Rusiyaya birləşməsi əleyhinədir. Bu ideyanı əhalinin yalnız 3,1%-i dəstəkləyir. Musavat.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, belə bir nəticəni Kiyevdəki Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi rəy sorğusu müəyyən edib.

Regionlar üzrə situasiyanı nəzərdən keçirdikdə bu zaman vətənpərvərliyin dərəcəsi qeyri-bərabər şəkildə olsa da, ölkənin qərbindən şərqinə doğru azalır: qərb (94%), mərkəz (98,1%), şərq (81,5%). Maraqlıdır ki, rusların özlərinin “”tarixi şəhəri” saydıqları Odessada birləşmə tərəfdarlarının faizi faktiki, sıfır həddə olub.

Analoji nəticələr “istəyərdinizmi ki, vilayətiniz Ukraynadan ayrılsın, ancaq Rusiyaya birləşməsin və müstəqil qalsın” sualına cavablardan hasil olub. Respondentlərin yalnız 2,6%-i öz regionunun müstəqil olmasını arzulayır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol