Rusiya Hava Hücumundan Müdafiə (HHM) qoşunlarının keçmiş komandanı, ordu generalı Viktor Prudnikov 76 yaşında vəfat edib.
Virtualaz.org saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, V.Prudnokovun yaxınları onun uzun sürən ağır xəstəlikdən dünyasını dəyişdiyini bildiriblər.
V.Prudnikov 1992-ci ildən HHM qoşunlarının komandanı vəzifəsini tutub. 1997-ci ildə isə HHM və Hərbi-Hava Qüvvələrinin vahid qoşun növü şəklində birləşdirilməsi ilə bu vəzifədən azad edilib. Bundan əlavə, V.Prudnikov 1992-1997-ci illərdə MDB ölkələrinin HHM məsələləri üzrə Koordinasiya Komitəsinin sədri olub.


Şərhlər