Respublika Pediatriya Mərkəzinə yeni direktor təyin edilib. Bu vəzifə Erkin Rəhimova həvalə olunub.

Erkin Rəhimov daha əvvəl, 2012–2014-cü illərdə İstanbul Memorial Hizmet Xəstəxanasında Neonatologiya şöbəsinin rəhbəri kimi çalışıb. O, 2014-cü ildən indiyədək isə Baku Medical Plazanın Pediatriya şöbəsinə rəhbərlik edib.

Yeni direktor eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin pediatriya üzrə mütəxəssis-eksperti kimi fəaliyyət göstərir.

Qeyd edək ki, mərkəzin əvvəlki direktoru Azər Əhmədov ötən gün tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, Azər Əhmədov da Türkiyədə təhsil alıb, Azərbaycanda ən yaxşı uşaq həkimlərindən biri kimi tanınır.

O, bu gün sosial şəbəkədəki paylaşımında birgə çalışdığı komandaya təşəkkürünü bildirib.

“Dünən Respublika Pediatriya Mərkəzinin direktoru vəzifəsindən ayrıldım. Vəzifə dövlətin sənə əmanətidir. Onu göz bəbəyi kimi qoruyub, ləyaqətlə dövlətə geri vermək hər insana nəsib olmur. Bu müddətdə qurduğumuz işləri saymaqla bitməz. Sadəcə mən və zəhmətkeş komandamız hər təbəqədən olan vətəndaşın müracət edə bildiyi müasir bir Respublika Pediatriya Mərkəzini inşa etdik. Daha nə olsun...

Nə xoş mənə belə fürsəti doğru dəyərləndirə bildim. Bu quruculuqda əməyi keçən, dəstək verən hər kəsə, xüsusilə də görünməyən qəhrəmanlar olan komandaya təşəkkür edirəm”, - A.Əhmədov yazıb.

"AzPolitika.info"