Menu

Paşinyan tortu kəsməkdən imtina etdi – VİDEO

14.05.2026, 17:28
Paşinyan tortu kəsməkdən imtina etdi – VİDEO

Seçki kampaniyası çərçivəsində Ermənistanın bölgələrinə səfər edən Baş nazir Nikol Paşinyan maraqlı “sürpriz”lə qarşılaşıb. 

“AzPolitika” xəbər verir ki, erməni mediasında Paşinyanın Gyulyakarak icmasına səfərilə bağlı görüntülər yayımlanıb.

Baş nazirin gəlişi münasibətilə sakinlər Ermənistan ərazisi formasında tort bişiriblər. Lakin Paşinyan həmin tortu kəsməkdən imtina edib. 

Bunu onunla əsaslandırıb ki, Ermənistan ərazisi formasında hazırlanan nəyisə kəsmək doğru deyil: “Xeyr, çox sağ olun, nə demək istədiyinizi başa düşürəm, amma biz bu tortu kəsməyəcəyik! Və xahiş edirəm ki, tortlar, hətta yeməli olan hər şey Ermənistan formasında hazırlanmasın!”.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol