Menu

Bu görüşdə Ukraynanın taleyi həll olunacaq? - Zelenski Norveçə böyük heyətlə gedib

20.10.2026, 15:20
Bu görüşdə Ukraynanın taleyi həll olunacaq? - Zelenski Norveçə böyük heyətlə gedib

Bu günlərəd Qərb mediasında Vladimir Putinin Donald Tramp və Çin lideri Si Cinpinlə üçtərəfli görüş təklif etmək istədiyi barədə məlumat dərc edilmişdi. Putinin Trampa oktyabrın 9-da telefonda təklif etdiyi bildirilən bu görüşdə Ukrayna məsələsinin həlli və dünyanın təsir dairələrinə bölüşdürülməsi kimi mövzuları müzakirə etmək istədiyi iddia olunur. Lakin Ukraynanın bəlkə də taleyinin həll ediləcəyi belə bir görüşdə Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı istisna edilir.

Bütün bunlar ABŞ-nin Ukraynaya dəstəyinin demək olar, tam dayandırıldığı, hətta kəşfiyyat məlumatlarının ötürülməsi və “Starlink”-in belə “dondurulması” fonunda baş verir, yəni, Ukrayna rəhbərliyinə təzyiqlərlə müşayiət olunur.

Bunlar nəzərə alındıqda, ABŞ Prezidentinin elçisi Stiv Uitkoffun Norveçdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə bu gün baş tutmalı olan görüşü olduqca kritik xarakter alır.

Norveçin Baş naziri Yonas Qar Störenin sözlərinə görə, görüş Kiyevin təşəbbüsü ilə baş tutur. Norveç Baş nazirinin özü də Volodimir Zelenski və Finlandiya Prezidenti Aleksandr Stubbla danışıqlar aparacaq. Osloya gələn Uitkoff isə Amerika tərəfi adından müzakirələrə qoşulacaq. Trampın kürəkəni Cared Kuşner görüşdə video bağlantı vasitəsilə məsafədən iştirak edəcək.

Bu görüşün vacibliyini göstərən amillərdən biri də Ukrayna nümayəndə heyətinin geniş tərkibidir. Belə ki, danışıqlarda Zelenski ilə birgə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov, Prezident Aparatının rəhbəri, general Kirill Budanov, Prezident Aparatı rəhbərinin birinci müavini Sergey Kıslıtsa və Prezident Aparatının rəhbərinin müavini Pavel Palisanın iştirak edəcəyi bildirilir.

Xatırladaq ki, cəmi bir neçə saat əvvəl ABŞ Prezidenti Donald Tramp Ukraynanın danışıqalrda Zelenskini başqa bir şəxslə əvəzləməli olduğunu demişdi…

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol