Menu

"Anji"nin futbolçusu qətlə yetirildi

04.01.2015, 12:49
"Anji"nin futbolçusu qətlə yetirildi

Dağıstanın "Anji-2" komandasında çıxış edən futbolçu Həsən Məhəmmədov qətlə yetirilib.

Sportnet.az-ın Dağıstan hüquq-mühafizə orqanlarına istinadən məlumatına görə, hadisə yanvarın 3-nə keçən gecə Qumtorqala rayonunda baş verib.

20 yaşlı sol cinah müdafiəçisinə gecəyarısı Novokuli qəsəbəsində odlu silahla atəş açılıb və o, xəstəxanada keçinib. Faktı "Anji"nin mətbuat xidmətindən də təsdiqləyiblər: "Məhəmmədov əsas oyunçularımızdan idi. O, mövsüm ərzində 16 oyun keçirmişdi".

Qeyd edək ki, "Anji-2" Rusiya çempionatının cənub zonasının ikinci divizionunda çıxış edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol