Menu

Terrorçulara qarşı əməliyyat: 31 ölü

04.01.2015, 13:04
Terrorçulara qarşı əməliyyat: 31 ölü

Pakistanın şimal-qərbindəki tayfalar bölgəsi Hayberdə Taliban yaraqlılarının sığınacaqlarına hava hücumları təşkil edilib.Axar.az xəbər verir ki, hücumlarda 31 nəfər öldürülüb.

Pakistanın ordu nümayəndəsinin verdiyi açıqlamaya görə, Hayberdəki Tira vadisində terroristlərin sığınacaqlarına təşkil edilən hava hücumlarında 31 terrorçu öldürülüb, təlim mərkəzi məhv edilib. Açıqlamada Taliban yaraqlılarının 4 sığınacağının da yerlə-yeksan edildiyi qeyd edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol