Menu

İstanbulda sərnişin təyyarəsi qəza enişi edib

04.01.2015, 16:30
İstanbulda sərnişin təyyarəsi qəza enişi edib

Yanvarın 4-də İstanbul - Əl-Riad reysi ilə uçan “Türk Hava Yolları”na məxsus sərnişin təyyarəsi İstanbulun Atatürk Hava Limanına qəza enişi edib.

AzərTAc Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, təyyarənin geri dönməsinə səbəb uçuş zamanı göyərtədəki şüşələrdən birinin çatlaması olub.

Təyyarədəki 172 sərnişin digər hava gəmisi ilə Əl-Riada yola salınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol