Menu

Qazax rayon prokurorunun müavini İranda vəfat edib

26.11.2013, 11:11
Qazax rayon prokurorunun müavini İranda vəfat edib

Azərbaycanlı vəzifəli şəxs İranda xəstəxanada vəfat edib.

APA-nın məlumatına görə, Qazax rayon prokurorunun müavini Cabir Qasımov bir müddət əvvəl ürək əməliyyatı keçirmək üçün İrana gedib. O, İranda müalicə aldığı xəstəxanada bir neçə gün əvvəl dünyasını dəyişib.

C. Qasımovun nəşi ötən gün Azərbaycana gətirilərək doğulduğu İmişli rayonunda torpağa tapşırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol