Menu

Gülənçilər Afrika ölkələrində də təqib ediləcək

05.01.2015, 00:32
Gülənçilər Afrika ölkələrində də təqib ediləcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu il 12 Afrika ölkəsinə səfər edəcək. Musavat.com-un məlumatına görə, bu barədə “Türkiyənin səsi” radiostansiyası xəbər yayıb.

Ərdoğanın Afrika turnesi çərçivəsində ziyarət edəcəyi ilk ölkələr Efiopiya, Tanzaniya və Somali olacaq. Səfərlər zamanı ikitərəfli münasibətlərlə yanaşı, bu ölkələrdə Ərdoğanın rəqabətdə olduğu Fətullah Gülən hərəkatının “paralel strukturları”nın olub-olmaması məsələsinə də toxunulacağı gözlənilir.

Ankara həmçinin, Yaxın xaricdəki vəziyyəti diqqətlə izləyir. Yanvar ayında Türkiyə prezidentinin İraq və İrana səfəri nəzərdə tutulur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol