Məşhur ulduz Rikki Martinin nümayəndələri müğənninin ölüm xəbəri ilə bağlı şayiələri təkzib ediblər.
ANS PRESS-in məlumatına görə, müğənninin yaxın adamları Rikki Martinin yaşadığını bildiriblər.
"O, bu yalanın qurbanı olmuş məşhurların karvanına qoşulur. O əvvəlki kimi sağdır və sağlamdır", - deyə müğənninin nümayəndələrindən biri deyib.
***
Məşhur ulduz Rikki Martinin ölüm xəbəri yayılıb. ANS PRESS-in məlumatına görə, ulduzun ölüm xəbəri ABŞ-ın ABC 10 kanalından verilib.
Qısa bir zaman kəsiyində bütün sosial şəbəkələr Martinin ölüb-ölmədiyini müzakirə ediblər.
Xəbərdə polis zabiti kameraların qarşısına çıxaraq Martinin Los Ancelesdə keçirdiyi qəza nəticəsinəd öldüyünü açıqlayır. Onun danışığndan dərhal sonra qəzanın görüntüləri efirə verilib.
Rikki Martinin öldüyünə aid heç bir rəsmi məlumat verilməyib.




Şərhlər