Menu

Bayram günlərində Azərbaycan yollarında: 23 ölü, 84 yaralı

05.01.2015, 10:11
Bayram günlərində Azərbaycan yollarında: 23 ölü, 84 yaralı

Azərbaycanda bayram günlərində baş verən yol qəzalarında ölənlərin və xəsarət alanların sayı açıqlanıb. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, dekabrın 31-dən yanvarın 5-dək respublikanın avtomobil yollarında 55 yol qəzası baş verib. Nəticədə 23 nəfər ölüb, 84 nəfər yaralanıb.

Təkcə yanvarın 4-də ölkə ərazisində 9 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 9 nəfər ölüb, daha 15 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Belə ki, ən dəhşətli yol qəzası Şamaxı rayonunda qeydə alınıb. Yük maşının “Mercedes” markalı minik avtomobilinin üstünə aşması 6 nəfərin həyatına son qoyub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol