ABŞ Prezidenti Donald Tramp "NBC News" telekanalına müsahibəsində İranla aparılan danışıqlar və ölkənin hərbi imkanları ilə bağlı açıqlamalar verib.

Tramp bildirib ki, Tehran hələ də Vaşinqtonla müharibənin başa çatdırılmasına yönəlmiş razılaşma imzalamayıb. Onun sözlərinə görə, İran hakimiyyəti özünü hələ də güclü və qürurlu tərəf kimi görür.

ABŞ prezidenti qeyd edib ki, İran əvvəllər qəbul etməyi düşünmədiyi addımları atmağa məcbur qalır və nəticədə ABŞ ilə razılığa gələcək.

O, İranla təcili razılaşma əldə edilməsini tələb edənləri tənqid edərək mövcud vəziyyəti Vyetnam müharibəsi dövrü ilə müqayisə edib.

Tramp deyib ki, İranın ilkin raket arsenalının yalnız 21-22 faizi qalıb. Onun sözlərinə görə, ölkənin hərbi infrastrukturunun və dron istehsal edən müəssisələrinin əhəmiyyətli hissəsi məhv edilib.

"AzPolitika.info"