Menu

"Tramp Marşrutu" işə düşür – Paşinyan tarixi açıqladı

21.11.2026, 15:48
"Tramp Marşrutu" işə düşür – Paşinyan tarixi açıqladı

Ermənistan hökuməti sabah "Beynəlxalq sülh və firavanlıq naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcək.

"AzPolitika" xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan "Digitec" yüksək texnologiyalar forumunda NVIDIA-nın vitse-prezidenti Rev Lebaredyanın iştirakı ilə keçirilən müzakirə zamanı bildirib.

"Sabah biz TRIPP layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcəyik", - N.Paşinyan deyib.

O qeyd edib ki, layihənin mühüm tərkib hissəsi elektrik enerjisinin tranziti olacaq. Onun sözlərinə görə, Ermənistan öz enerji şəbəkələrini Türkiyə və Azərbaycanla birləşdirmək niyyətindədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol