Ukraynanın Rusiyaya PUA zərbələrinin intensivləşməsi fonunda Kreml xüsusilə də paytaxt Moskvanı qorumaq üçün əlavə tədbirlər görməyə məcburdur.
“AzPolitika” xəbər verir ki, mediada və sosial şəbəkələrdə Moskvada hündürmərtəbəli binaların damına Rusiyanın "Pantsir-SMD" hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsinə dair görüntülər yayılıb. Videolardan da göründüyü kimi, bu sistemlər “Mi-26” helikopterləri vasitəsilə Moskvadakı çoxmərtəbəli binaların damlarına çatdırılır.
Sosial mediada yayımlanan videolarda hava hücumundan müdafiə sisteminin Moskvadakı QRU obyektlərinin yaxınlığında, "Rosneft"ə bağlı olan 42 mərtəbəli "Nordstar Tower" biznes mərkəzinin damında quraşdırıldığı görünür.
Video Rusiya, eləcə də Ukrayna hərbi bloqqerləri tərəfindən paylaşılıb. Onlar bu "Pantsir"lərin qısa və orta mənzilli raketlərlə təchiz olunduğunu təxmin edirlər.
Qeyd edək ki, bu gün Ukrayna Sankt-Peterburq başda olmaqla, Rusiyanın bir çox şəhərlərinə uğurlu PUA hücumu həyata keçirib.
“AzPolitika.info”
— Newsfeed (@Newsfeed883920) June 6, 2026

Şərhlər