Menu

Gürcüstan XİN-dən Avropa Parlamentinin qətnaməsinə sərt reaksiya

26.11.2026, 19:33
Gürcüstan XİN-dən Avropa Parlamentinin qətnaməsinə sərt reaksiya

Gürcüstan xarici işlər nazirinin birinci müavini Giorgi Zurabaşvili Avropa İttifaqının (Aİ) ölkədəki nümayəndəliyinin rəhbəri, səfir Pavel Herçinski ilə görüşüb.

"AzPolitika" xəbər verir ki, Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, görüş zamanı G.Zurabaşvili Avropa Parlamentində Gürcüstanla bağlı aparılan müzakirələrə və ölkəyə qarşı qəbul edilmiş son qətnaməyə diqqət çəkib.

O, bu qərarları Gürcüstan haqqında yanlış narrativlərin yayılmasına yönəlmiş növbəti məqsədyönlü cəhd kimi qiymətləndirərək, sözügedən addımların Tbilisi ilə Brüssel arasındakı münasibətlərə zərər vurduğunu bildirib.

Görüşdə Gürcüstan tərəfi ölkənin Aİ-yə üzvlük prosesinə sarsılmaz sadiqliyini bir daha təsdiqləyib və tərəflər arasında açıq dialoqun vacibliyini vurğulayıb.

Qeyd edək ki, noyabrın 26-da Avropa Parlamentində 441 səslə Gürcüstandakı “siyasi məhbuslar”la bağlı qətnamə qəbul olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol