Etibar ƏLİYEV
1988-ci il… Ermənilər “Ğarabağ merna-Qarabağ bizimdir” şüarı altında mitinqlər keçirməyə başladılar. Mitinqlərdə səsləndirilən aqressiv çağırışlar doğma torpaqlarımızda yaşan azərbaycanlıların vəhşicəsinə qovulması ilə nəticələndi. Hadisələr Ermənistan Kommunist partiyasının 1-ci katibi Suren Arutunyanın istefasına səbəb oldu. Hakimiyyətə Suriya ermənisi, şovinist Levon Ter-Petrosyan gətirildi...
Qarabağmız və ətraf rayonlarımızın işğalı başlandı. İşğal prosesində Xankəndində anadan olmuş Robert Koçaryan və Serj Sarqisyan mühüm rol oynadılar. Qarabağın işğalı Koçaryan və Sarqisyanın əsas devizi oldu və istefaya göndərilən Levonun yerinə hakimiyyətə Koçaryan gətirildi. Ekstremist qüvvələr və azərbaycanlıların düşməni olan balayan kimi ünsürlər işğalçıların ideoloqları idilər. İrəvan erməniləri onların içindən çıxan Karen Dəmirçiyan və Vazgen Sarqisyana rəğbətlərini gizlətmirdilər. Koçaryanın hakimiyyəti dövründə Dəmirçiyan spiker, Sarqisyan isə baş nazir postunu tuturdu. Koçaryan onlardan gələn təhlükəni duyduğundan 1999-cu ilin 27 sentyabrında Ermənistan parlamentində terror aktı törətməyə nail oldu. Nəticədə Karen Dəmirçiyən, Vazgen Sarqisyan, vitse-spikerlər Yuri Baxşyan və Ruben Miroyan öldürüldü. Terrorçular o qədər aqressiv idilər ki, Vazgen Sarqisyanı öldürəndən sonra onun başını əzdilər.
Arxayıncılıq sindromuna yuvarlanan Robert Koçaryan özündən sonra dostu, cəllad Serj Sarqisiyanı hakimiyyətə gətirə bildi. Və bu cütlük elə başa düşdü ki, artıq öldürdükləri siyasətçilər səviyyəsində kimlərinsə yetişməsi uzun müddət vaxt tələb edəcək. Lakin “sən saydığını say, gör fələk nə sayır.” Meydana Nikol Paşinyan çıxdı. Və Serj tarixin zibilliyə göndərildi.
Paşinyan hakimiyyətə gələndən sonra tez-tez Qarabağa gedir və indi Bakıda türmədə yatan cinayətkarlarla görüşürdü. Məktəb və digər obyektlərin açılışında iştirak edir və araq içib Cıdır düzündə yallı gedirdi. O qədər eyforiyada idi ki, hətta “Qarabağ Ermənistandır” sözünü israrla işlətmişdi. Onun çıxışlarını dinləyənlər bilirlər ki, bir dəfə də olsun “sülh” kəlməsini işlətməyib. Sonradan anladı ki, məğlubiyyətlə barışıb, sülhə can atmaq lazımdır. Buna deyərlər: “Erməninin sonrakı ağılı”...
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən başladılan və 10 noyabr 2020-ci ildə Azərbaycan tərəfinin qələbəsi ilə başa çatmış İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin 2907 nəfər hərbi qulluqçusu həlak oldu. Gəncəyə və Bərdəyə raketlər atıldı.
Ümummilli Liderimiz Heydər Əliyevin 12 may 1994-cü ildə atəşkəs sazişinin imzalanmasına razılıq verməsi güclənməyimizə və qələbə çalmağımıza əsaslar yaratı.
Prezident İlham Əliyevin “Nəyi necə, nə vaxt, etmək lazımdır, bunu mən bilirəm” fikri zamanında tətbiqini tapdı. Ərazi bütövlüyümüz və müqəddəs suverenliyimiz bərpa olundu. Əlbəttə ki, Böyük Zəfərimizdən sonra sülh çox vacib fenomendir və İlham Əliyevin Sülh carçısı olması dünyada yüksək qiymətləndirilir.
Seçki göstərdi ki, Paşinyanın rəqibləri üzərində tam və qəti qələbəsi erməni xalqının şüurunda baş verən pozitiv dəyişikliklər sayəsində baş verdi.
Böyük alman tarixçisi Karl Meyneke millətləri iki yerə bölürdü: “Siyasi millətlər və mədəni millətlər”. Erməni milləti siyasi millətdən mədəni millətə doğru addımlamaq yolundadır.
Qərbi Azərbaycanda doğulduğumdan doğma torpaqlarımıza qayıtmaq ümidlərimiz artır.
Və ləyaqətlə qayıdacağıq...

Şərhlər