Menu

Bu ərazilərdə işıq olmayacaq

16.09.2026, 23:09
Bu ərazilərdə işıq olmayacaq

Biləsuvar və Cəlilabad rayonlarının bəzi ərazilərində sabah elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Buna səbəb 110 kV-luq "Cəlilabad" hava xəttində aparılacaq təmir işləridir.

Nəticədə 17 sentyabr saat 10:00-dan 13:00-dək Biləsuvarın Amankənd, Arazbarı, Cəlilabadın Alar, Günəşli və Sabirabad kəndlərinin bir sıra yerlərində enerjinin verilişində fasilə yaranacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol