Ukrayna Silahlı Qüvvələri Rusiyanın Ryazan şəhəri yaxınlığındakı Protasovo aerodromunu vurub. 

“AzPolitika” xəbər verir ki, sosial şəbəkələrdə və mediada zərbənin görüntüləri yayımlanlb.

Görüntülərdə bir PUA-nın aerodrom ərazisindəki obyektin üzərinə dalaraq partladığı görünür. “Astra” kanalı videonun Protasovoda çəkildiyini təsdiqləyib. Tələfat və ya zərərin miqyası barədə heç bir məlumat yoxdur. Məlum olan odur ki, dron istehsal edən Protos Tədqiqat və İstehsalat Mərkəzi sözügedən aerodromun ərazisində yerləşir.

Müəssisə 2024-cü ilin iyul ayında açılıb və 2026-cı ilin iyun ayının əvvəlinə qədər onun 54 rezident şirkəti olub. Burada həmçinin tələbələrə hərbi dronları idarə etmək dərsləri keçirirlər. Bu ilin mart ayında Protos 2027-ci ilə qədər ayda 5000 PUA mühərriki istehsal etmək niyyətində olduğunu açıqlamışdı.

“AzPolitika.info”