Menu

Bakıda yerüstü metro stansiyasının relsləri çəkilir - FOTOLAR

09.06.2026, 21:13
Bakıda yerüstü metro stansiyasının relsləri çəkilir - FOTOLAR

Bakının Binəqədi rayonunda, Abay Kunanbayev küçəsində (7-ci mikrorayon ərazisində, keçmiş ABU - Azərbaycan Beynəlxalq Universiteti binasının yaxınlığında) yeni metro stansiyası üçün relslərin döşənməsinə başlanılıb.

"AzPolitika"nın məlumatına görə, bu, Bakı Metropoliteninin üçüncü yerüstü stansiyası olacaq. Stansiya hazırda inşası davam edən “Dərnəgül” deposunun ərazisində, yerüstü platforma və vestibül şəklində tikiləcək.

Şərti adı “Dərnəgül Deposu” olan bu stansiya “Bakmil” və “Xocasən”dən sonra metronun üçüncü yerüstü stansiyası olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol