Menu

“Bandotdel”dən əməliyyat

05.01.2015, 14:31
“Bandotdel”dən əməliyyat

Keçirilən əməliyyat nəticəsində külli miqdarda narkotik vasitə götürülüb

Masazır sakinindən külli miqdarda narkotik götürülüb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masazır qəsəbə sakini Mirzə Manafovun idarə etdiyi “Mercedes” markalı avtomobildə 1 kiloqram heroin, 3 kiloqram tiryək və 2 kiloqram marixuana aşkar edilib.

Narkotik vasitələrin haradan və kimdən alındığı araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı araşdrma aparılır

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol