Menu

Eynulla Fətullayev Bakıdakı restoranını da satıb - Özü AÇIQLADI

10.06.2026, 21:16
Eynulla Fətullayev Bakıdakı restoranını da satıb - Özü AÇIQLADI

Tanınmış jurnalist Eynulla Fətullayevin rəhbərlik etdiyi Haqqın.az saytını satdığı barədə məlumat vermişdik.

"AzPolitika" xəbər verir ki, jurnalist Bakıda ona məxsus olan restoranı da satdığını bildirib.

O,  "Modern.az"-a qısa açıqlamasında bunu təsdiqləyib.

"Məlumat üçün bildirirəm ki, “Ağabala” restoranını çoxdan satmışam… Azərbaycan ərazisində biznes fəaliyyətim yoxdur”, - deyə o qeyd edib.

Eynulla Fətullayev Azərbaycanı tərk edərək Türkiyənin İstanbul şəhərinə köçdüyünü qeyd edib: "Gələcək planlarıma gəldikdə, hələlik biznes fəaliyyətilə məşğul olmaq istəyirəm". 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol