30.11.2014-cü il tarixinə Azərbaycanın Mərkəzi Bankının valyuta ehtiyatları 14 milyard 996.3 milyon manat təşkil edib.
“Marja”a elə Mərkəzi Bankın açıqladığı məlumatlara istinadən xəbər verir ki, bu məbləğ ötən ilin İyulundakı 15 milyard 193.4 milyon manat olmuş pik məbləğdən 197,1 milyon manat və ya 1,3% azdır. Mərkəzi Bankın valyuta ehtiyatları ardıcıl 4 ay azalıb. Azalma Noyabrda 37,3 milyon manat təşkil edib.
Ötən ilin 11 ayı ərzində isə Mərkəzi Bankın valyuta ehtiyatları 844,3 milyon manat və ya təxminən 6% artıb. Halbuki, İyulda 7 aylıq artım 1 milyard 41,4 milyon manat və ya 7,4% təşkil edirdi.

Şərhlər