Məlum olduğu kimi, işğal altındakı Krım yarımadası artıq bir neçə gündür kəskin yanacaq böhranı yaşayır. Ukraynanın PUA hücumları səbəbindən Krıma yanacaq çatdırılması mümkünsüz vəziyyətə gəlib.

“AzPolitika” xəbər verir ki, sosial mediada Rusiya hərbçilərinin yanacaq daşımaq üçün istifadə etdiyi “eksklüziv metod” barədə görüntülər yayımlanıb. Həmin görüntülərdən məlum olur ki, əlacsız qalan Rusiya hərbçiləri yanacaq daşıyan maşınları adi yük maşınlarına bənzətməyə başlayıblar. Yanacaq çəninin üstü 4 tərəfdən taxta lövhələrlə örtülərək, gizlədilir və yanacaq daşıyan maşın adi yük maşını şəklinə salınır. Bununla da ümid edilir ki, əsasən yanacaq daşıyan texnikanı hədəf alan Ukrayna adi yük maşınlarına dəyməyəcək. Lakin sosial mediada yayımlanan bu görüntüləri Ukrayna tərəfi də görür və yəqin ki, uyğun tədbirləri də nəzərdən keçirir…

“AzPolitika.info”