Menu

PENSİYA YAŞINDA DƏYİŞİKLİK... – “Bu, yüksək məbləğdə pensiyaya imkan yarada bilər”

16.06.2026, 21:13
PENSİYA YAŞINDA DƏYİŞİKLİK... – “Bu, yüksək məbləğdə pensiyaya imkan yarada bilər”

İyulun 1-dən etibarən Azərbaycanda qadınların pensiya yaşı növbəti dəfə artırılacaq. Bununla da qadınlar üçün müəyyən edilmiş yaş həddi 64 il 6 aydan 65 yaşa çatdırılacaq və ilk dəfə olaraq qadınlarla kişilərin pensiya yaşı bərabərləşəcək.

Dəyişiklik “Əmək pensiyaları haqqında” Qanuna əsasən həyata keçirilir. Qanuna görə, azı 25 il sığorta stajına malik qadınların pensiya yaşı 2017-ci il iyulun 1-dən başlayaraq hər il 6 ay artırılır. Bu proses mərhələli şəkildə həyata keçirilib və 2026-cı il iyulun 1-də yekunlaşacaq. Beləliklə, 2024-cü ilin iyulunda qadınların pensiya yaşı 64-ə, 2025-ci ilin iyulunda 64 il 6 aya çatdırılmışdı. Kişilər üçün pensiya yaşı isə əvvəlki kimi 65 yaş olaraq qalır.

Qeyd edək ki, qadınların pensiya yaşının artırılması son illərdə cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olub. Mövzu ilə bağlı diqqət çəkən məqamlardan biri orta ömür uzunluğu ilə pensiya yaşı arasındakı fərqdir.

Rəsmi statistikaya əsasən, Azərbaycanda qadınların orta ömür uzunluğu 78,4 ildir. Bu göstərici nəzərə alındıqda, qadınlar orta hesabla təxminən 13,6 il pensiya almaq imkanına malik olurlar. Bəzi ekspertlər hesab edir ki, bu müddət bir sıra Avropa ölkələri ilə müqayisədə daha qısadır və pensiya siyasəti müəyyən edilərkən bu amil də nəzərə alınmalıdır.

Hökumət isə pensiya yaşının artırılmasını demoqrafik dəyişikliklər, əhalinin yaşlanması və pensiya sisteminin maliyyə dayanıqlığının qorunması zərurəti ilə əsaslandırır. Qeyd olunur ki, orta ömür uzunluğunun artması və əmək bazarındakı dəyişikliklər pensiya sistemində bu cür islahatları qaçılmaz edir.

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “AzPolitika”ya açıqlamasında bildirib ki, ölkədə 2017-ci ildə edilən dəyişikliklə kişilər və qadınlar üçün pensiya yaşının mərhələli şəkildə eyniləşdirilməsi və 65 yaşa çatdırılması qərara alınıb.


Ekspert qeyd edib ki, pensiya yaşının artırılması əsasən dövlət büdcəsinə düşən yükün optimallaşdırılması məqsədi daşıyır :“Son illərdə insanların orta ömür müddətinin artması fonunda pensiya xərclərinin yeni demoqrafik reallıqlara uyğunlaşdırılmasına cəhd edilir. İnkişaf etmiş və Qərb ölkələrinin əksəriyyətində də pensiya yaşı 65-dir. Lakin burada əsas fərq gözlənilən ömür uzunluğunda ortaya çıxır. Belə ki, həmin ölkələrdə pensiya yaşı 65 olsa da, əhalinin gözlənilən ömür müddəti adətən 81-82 yaşdan və ya daha yüksək göstəricilərdən ibarətdir”.

İqtisadçının sözlərinə görə, Azərbaycanda qadınlar üçün gözlənilən orta ömür müddəti 78,4, kişilər üçün 73,6 yaşdır, ümumi orta göstərici isə təxminən 76 yaş təşkil edir:“Pensiya yaşı eyni olsa da, gözlənilən ömür müddəti arasındakı fərq pensiyaya çıxan insanların daha qısa müddət pensiya almasına gətirib çıxarır. Pensiya yaşının artırılması gələcəyə hesablanmış addımdır. Statistik göstəricilər insanların həyat keyfiyyətinin yaxşılaşdığını, səhiyyə və sosial təminat imkanlarının genişləndiyini, bunun da orta ömür müddətinin yüksəlməsinə səbəb olduğunu göstərir”.

Bununla yanaşı, ekspert pensiya hesablamaları metodikasına yenidən baxılmasının vacibliyini də vurğulayıb:“Hazırkı qanunvericilikdə pensiya məbləği hesablanarkən gözlənilən orta pensiyaalma müddəti təxminən 11 il götürülür. Bu da orta gözlənilən ömür müddətinin 76, pensiyaya çıxma yaşının isə 65 olması ilə əlaqədardır. Əgər pensiya hesablamaları zamanı istifadə olunan metodika dəyişdirilərsə və daha qısa müddət əsas götürülərsə, bu, vətəndaşların daha yüksək məbləğdə pensiya almasına imkan yarada bilər. Bu məsələ gələcəkdə pensiya sisteminin təkmilləşdirilməsi baxımından müzakirə edilə biləcək istiqamətlərdən biridir”.

Bəzi ölkələrdə qadınların pensiya yaşı və orta ömür uzunluğu aşağıdakı kimidir:

ÖlkəPensiya yaşıOrta ömür uzunluğu
Azərbaycan64,6 yaş78,4 il
Türkiyə58 yaş81,4 il
Ermənistan63 yaş78,6 il
Rusiya60 yaş76,2 il
Gürcüstan60 yaş77,3 il
İran55 yaş77,3 il
Fransa64 yaş85,3 il
Almaniya66 yaş83,5 il
İtaliya67 yaş85,4 il
İspaniya66 yaş 6 ay86,1 il
Böyük
Britaniya
66 yaş83,1 il
İsveç65 yaş84,7 il

E. Bəyməmmədli

“AzPolitika.info”

Şərhlər

Ilham 2026-06-26 16:39:10

Millet pensiya yašına catmadan důnyasın deyišr.

Roma 2026-06-20 08:28:50

Deməli, siyahıda 13 ölkədən 8-i bizdən aşağı yaşda, 1-i bərabər və 4-i isə bizdən yuxarı yaşla pensiya verir. Bizdən yuxarı və ya bərabər yaşla pensiya verən ölkələr ən inkişaf etmiş ölkələrdir və onların 1 aylıq pensiyası, bizim 1 illik pensiyamıza bərabər və bəzi halda daha çoxdur. Həmin ölkələrdə orta yaş həddi 90 yaş ətrafındadır. Yaxşı yaşam tərzi, normal qidalanma, səhiyyə və . onların belə sağlam və uzunömürlü qalmalarının əsas şərtidir. Bax sosial ədalət budur. Bizdə isə sosial ədalətsizlikdir, belə ki, biri 220 manat, lap elə 300-400 manat, bir başqası isə 3-5 min və hətda bundan da çox alır ki, bu da yazdığlarımın təsdiqidir. Az alan dərmanlarına, kommunal xərclərinə çatdırmadığı halda, çox alan isə "xan kefində" yaşayır və bu da böyük əksəriyyətin hiddətinə səbəb olur...

Ilahe 2026-06-18 20:56:14

nenem 62, babam 63 yasinda dunyasini deyisib hec biri o yasa catmayib.Bu qader haqsizliq olmaz.Oz cibinizden vermirsiz,dovletin puludu edaletli qerar verin.Qocalanda geç olmasa kimese muhtaç olmasinlar öz pensiyasiyla dolansınlar.

Xanım 2026-06-17 20:21:34

Heç kim ala bilmir onsuzda
Hansı qadın çatacaq o yaşa
Bu qədər dərd fikirlə

Solmaz Tagızadə 2026-06-17 18:41:06

Yediyləriviz burnunuzdan gəlsin millətin haqqinı yeyirsiz pensiya yasınıda hər il qaldırırsiz o yaşa qədər indi heç kim yaşamır ətrafımdakı hər kəs 60 65 yaşa yaşayır neçə dənə xəstəlikləri olur öz dərmanlarinı çatira bilmirlər bu dəyqə mənim anamın 56 yaşı var təziyi var zob var asması var ürəyindədə problem var bir dəfə infarktda keçirib bunların hamısı üçün hər ay dərman almalıdır nəinən alaq

Лорик 2026-06-17 12:05:56

Пусть лучше объяснят почему не считают стаж и исчисления в пенсионный фонд до 2006 года .

Gûlçõhrə 2026-06-17 09:30:39

Pensiya yaṣl 65 yox 75 ə çatdlrln. Əyər bu yașda qadln tapllsa.

Ferz 2026-06-17 08:38:47

İran 55 yaş

ƏNHU 2026-06-16 23:00:27

Siyahıdan da göründüyü kimi ən bərbad ölkə Azərbaycandır. Niyə Azərbaycan həmişə və hər məsələdə ən bərbad yerdə qərarlaşır? Heç kim özünü tərifləməsin. Əlahəzrət fakt göz qabqağındadır və bağırır. MiLLətimiz heç gün görmədi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol