Belarus Prezidenti Aleksandr Lukaşenko İranın nüvə proqramı ilə bağlı diqqətçəkən təklif irəli sürüb.

O, “Al Arabiya” telekanalına müsahibəsində bildirib ki, İranın silah istehsalında istifadə oluna biləcək nüvə materialları Çin və Rusiyaya təhvil verilə bilər.

Lukaşenko ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatları kəskin tənqid edərək bunu ciddi strateji səhv adlandırıb. Onun sözlərinə görə, İsrail regionda gələcək təhlükəsizliyini təmin etmək üçün mövcud siyasətini yenidən nəzərdən keçirməlidir. Belarus lideri hesab edir ki, hərbi üstünlük və ya nüvə silahına malik olmaq belə bütün problemlərin həlli deyil.

“İsrail bu qədər insanı, ilk növbədə qadınları və uşaqları öldürdükdən sonra hansı Holokostdan söhbət gedə bilər? Orada demək olar ki, hər şeyi yer üzündən siliblər. İnsanların sümükləri üzərində hansısa kurort tikmək istəyirlər. Bu, tamamilə absurddur”, -deyə o bildirib.

"AzPolitika.info"