Menu

Dünya çempionatında növbəti sensasiya - Portuqallar Konqo ilə bacara bilmədi + VİDEO

17.06.2026, 23:07
Dünya çempionatında növbəti sensasiya - Portuqallar Konqo ilə bacara bilmədi + VİDEO

Futbol üzrə dünya çempionatında Portuqaliya Konqo Demokratik Respublikası ilə qarşılaşıb.

Hyuston stadionunda keçirilən K qrupunun I turunun matçında qalib müəyyənləşməyib - 1:1.

Avropalıların heyətində Joau Neveş 6-cı dəqiqədə adını tabloya yazdırıb. Konqoluların qolunu isə 45+5-ci dəqiqədə Yoan Vissa vurub.

Portuqaliya millisində Kriştianu Ronaldu oyunun əvvəlindən sonuna qədər meydanda olub və heç nə ilə yadda qalmayıb.

Qeyd edək ki, bu qrupun digər oyununda saat 03:00-da Qana Panama ilə qarşılaşacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol